AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT: Venesuelada 1,8 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var

  • + A
  • - A
  • Bu gün, 16:16

    BMT: Venesuelada 1,8 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var


    Birləşmiş Millətlər Təşkilatı-nın UNICEF yaydığı məlumata görə, Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlərdən sonra 1,8 milyona yaxın insan, o cümlədən 680 minə yaxın uşaq təcili humanitar yardıma ehtiyac duyur.

    UNICEF-in bəyanatında bildirilir ki, zəlzələlərin təsirindən ən çox zərər görənlər arasında uşaqlar xüsusi risk altındadır.

    Təşkilatın Venesueladakı nümayəndəsi Manuel Rodriges Pumarol qeyd edib ki, ölkədə xəstəxanalar maksimum güclə fəaliyyət göstərir, minlərlə uşaq təmiz içməli suya etibarlı çıxışdan məhrumdur, çoxsaylı məktəblər isə ciddi ziyan görüb.

    Məlumata görə, paytaxt Karakas şəhərində 432 məktəbə ziyan dəyib ki, bu da regiondakı bütün təhsil müəssisələrinin üçdə birindən çoxunu təşkil edir. Salamat qalan məktəblərin bir hissəsi isə evsiz qalan ailələr üçün müvəqqəti sığınacaq kimi istifadə olunur.

    Xatırladaq ki, iyunun 24-də Venesuelada maqnitudası 7,2 və 7,5 olan iki güclü zəlzələ baş verib. Sonradan bölgədə 512 afterşok qeydə alınıb. Rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1 450 nəfər həlak olub, 3,2 mindən çox insan yaralanıb. Zəlzələlər yaşayış evlərinə, infrastruktur obyektlərinə və xəstəxanalara ciddi ziyan vurub, ölkənin əsas hava limanının fəaliyyəti isə dayandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR