AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollarlıq hərbi yardım göstərib

  • + A
  • - A
  • Dünən, 10:36

    Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollarlıq hərbi yardım göstərib


    Polşa 2022-ci ilin fevral ayından etibarən Ukraynaya 16,4 milyard zlotı (təxminən 4,5 milyard ABŞ dolları) dəyərində silah və hərbi texnika təhvil verib.

    Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə açıqlamasında bildirib.

    Nazirin təqdim etdiyi məlumata görə, hərbi yardımın əsas hissəsi – 14,9 milyard zlotı (təxminən 4,1 milyard dollar) dəyərində vəsait 2022–2023-cü illərdə ölkədə hakimiyyətdə olan "Hüquq və Ədalət" Partiyasının hökuməti dövründə Ukraynaya göndərilib.

    O qeyd edib ki, hazırkı Polşa hökuməti isə Kiyevə 1,5 milyard zlotı (təxminən 400 milyon dollar) həcmində hərbi yardım göstərib.

    Vladislav Kosinyak-Kamış həmçinin Polşanın Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər verdiyini də təsdiqləyib.

    Nazirin sözlərinə görə, bu qərar NATO-nun baş katibinin və ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanlığının müraciəti əsasında, Patriot sistemlərindən istifadə edən ölkələrlə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.

    O vurğulayıb ki, Ukraynaya ötürülən raketlərin sayı Polşanın müdafiə imkanlarını zəiflətmir və ölkənin hava hücumundan müdafiə potensialına mənfi təsir göstərmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR