AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Danimarka Baş naziri: "Qrenlandiyanı müdafiə etməyə hazırıq"

  • + A
  • - A
  • Bu gün, 12:26

    Danimarka Baş naziri: "Qrenlandiyanı müdafiə etməyə hazırıq"


    Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trumpın Qrenlandiya ilə bağlı növbəti açıqlamalarından sonra ölkəsinin ərazisini müdafiə etməyə hazır olduğunu bəyan edib.

    O bildirib ki, Qrenlandiya satılmır və Danimarkanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Frederiksen müttəfiqləri Qrenlandiya xalqının adanın Danimarkanın tərkibində qalmaq istəyini nəzərə almağa çağırıb.

    "Biz NATO-nun hər qarış ərazisini, o cümlədən öz torpaqlarımızı müdafiə etməyə hazırıq. NATO-nun yaradılmasının əsas məqsədlərindən biri də ondan ibarət idi ki, üzv ölkələrdən birinə qarşı təhlükə yaranarsa, digərləri onun yanında olsun", – deyə Baş nazir vurğulayıb.

    Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazi statusuna malikdir. Donald Tramp isə son illərdə dəfələrlə adanın ABŞ-nin nəzarətinə keçməsinin ölkəsinin milli təhlükəsizliyi baxımından vacib olduğunu bildirib və bu istiqamətdə niyyətini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR