AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev Trampın televiziya müraciətinin mövzusunu açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 23:01

    Ağ Ev Trampın televiziya müraciətinin mövzusunu açıqlayıb

    Ağ Ev Trampın televiziya müraciətinin mövzusunu açıqlayıb

    ABŞ Prezidenti Donald Trampın bu gün amerikalılara edəcəyi televiziya müraciəti ölkədə seçkilərə xarici müdaxilə iddialarına həsr olunacaq.

    Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Tramp Şərq sahili vaxtı ilə saat 21:00-da çıxış edəcək.

    "Prezident Tramp seçkilərimizin toxunulmazlığının qorunmasına həsr olunmuş mühüm müraciətlə xalqa səslənəcək. Bütün amerikalıları bu çıxışı izləməyə çağırırıq", – deyə Livitt vurğulayıb.
    Bundan əvvəl Donald Tramp Truth Social sosial şəbəkəsində televiziya müraciəti ilə çıxış edəcəyini açıqlasa da, nitqin mövzusunu açıqlamamışdı.

    CBS telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, Tramp çıxışı zamanı Çinin ABŞ seçkilərinə müdaxilə etdiyi barədə iddialar səsləndirəcək. MS Now telekanalı isə bildirib ki, prezidentin müraciətində, həmçinin, 2020-ci il ABŞ prezident seçkilərinə xarici müdaxilə ilə bağlı məsələlərə toxunulacaq.
    Qeyd edək ki, hazırda bu iddialarla bağlı rəsmi sübutlar ictimaiyyətə təqdim edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR