Rubio: Si Cinpinin ABŞ-a sentyabr səfərinə hazırlıq davam edir

Rubio: Si Cinpinin ABŞ-a sentyabr səfərinə hazırlıq davam edir
ABŞ dövlət katibi Marko Rubio Çin Xalq Respublikasının sədri Si Cinpinin sentyabr ayında ABŞ-a planlaşdırılan səfərinə hazırlıq işlərinin davam etdiyini açıqlayıb.
Rubionun sözlərinə görə, Prezident Donald Trampın Pekini ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham etməsinə baxmayaraq, səfərlə bağlı hazırlıq prosesi dayandırılmayıb.
“Si Cinpinin sentyabr ayında ABŞ-a səfərinin baş tutacağını gözləyirik”, – deyə Rubio bildirib.
O əlavə edib ki, Çin tərəfi səfərin təşkilati məsələlərini müzakirə etmək və hazırlıq işlərini koordinasiya etmək məqsədilə ABŞ-a mütəxəssis nümayəndə heyətləri göndərməkdə davam edir.
Qeyd edək ki, Si Cinpinin mümkün səfəri Vaşinqton və Pekin arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm diplomatik hadisələrdən biri kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.