Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem hökumət komandasını açıqlayıb

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem hökumət komandasını açıqlayıb
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem yeni hökumət kabinetinin əsas üzvlərini təqdim edib.
Hazırkı məlumata görə, kabinetdə əsas vəzifələr aşağıdakı şəxslərə həvalə olunub:
Maliyyə naziri – Con Hili
Xarici işlər naziri – Ed Miliband
Daxili işlər naziri – Şabana Mahmud (vəzifəsində saxlanılıb)
Yeni xarici işlər naziri Ed Miliband daha əvvəl Kir Starmer hökumətində energetika naziri vəzifəsində çalışıb. O, həmçinin Endi Börnemin hökumətində maliyyə naziri postuna əsas namizədlərdən biri hesab olunurdu.
20 ildən artıqdır parlament üzvü olan Miliband 2005-ci ildən Şimali Donkaster dairəsini təmsil edir. O, bundan əvvəl Qordon Braun və Toni Bleyrin hökumətlərində də müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Kir Starmer ötən ay istefa verdiyini açıqladıqdan sonra Ed Miliband Leyboristlər Partiyasının ölkədə cəsarətli və inandırıcı islahatlar aparmaq üçün səylərini daha da artırmalı olduğunu bəyan etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.