SEPAH komandanı Hörmüz boğazı bölgəsində hərbi hissələri yoxlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Hörmüz boğazı bölgəsində hərbi hissələri yoxlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi Hörmüz boğazı yaxınlığında, Fars körfəzi sahillərində yerləşən hərbi bölmələrə inspeksiya səfəri edib.
Mehr agentliyinin məlumatına görə, general Kərəmi ölkənin cənub sahil bölgələri və Fars körfəzində yerləşən strateji adalara səfəri çərçivəsində "Mədinə Münəvvərə" bazasının tabeliyində fəaliyyət göstərən döyüş hissələrinin hazırlıq vəziyyətini yoxlayıb.
Səfər zamanı bölmələrin əməliyyat hazırlığı və şəxsi heyətin döyüş qabiliyyəti ətraflı qiymətləndirilib.
Komandan bildirib ki, SEPAH Quru Qoşunlarının daimi döyüş hazırlığı, peşəkar hazırlıq səviyyəsi və bölgədə fasiləsiz mövcudluğu Fars körfəzində sabit təhlükəsizliyin təmin edilməsinin əsas amillərindəndir.
Məhəmməd Kərəmi əlavə edib ki, SEPAH Quru Qoşunları regiondankənar hərbi qüvvələrin fəaliyyətini daim izləyir, mümkün təhdidlərin qarşısını almaq məqsədilə müdafiə imkanlarını davamlı şəkildə gücləndirir və qüvvələrin yenidən yerləşdirilməsini həyata keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.