AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CNN: "Mossad"ın rəhbəri ABŞ-a İranla bağlı kəşfiyyat məlumatları təqdim edib

  • + A
  • - A
  • Bu gün, 12:12

    CNN: "Mossad"ın rəhbəri ABŞ-a İranla bağlı kəşfiyyat məlumatları təqdim edib

    CNN: "Mossad"ın rəhbəri ABŞ-a İranla bağlı kəşfiyyat məlumatları təqdim edib

    İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın rəhbəri Roman Hofman iki həftə əvvəl Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirib. Bu barədə CNN məlumat yayıb.

    Telekanalın mənbəsinə istinadən verdiyi xəbərə görə, Hofman görüşlər zamanı İranın Pikaks dağı, uran ehtiyatları və ölkənin iqtisadi vəziyyəti ilə bağlı kəşfiyyat məlumatlarını ABŞ tərəfi ilə bölüşüb.

    Məlumata görə, CNN məsələ ilə bağlı Ağ Evə sorğu göndərib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) isə xəbərə münasibət bildirməkdən imtina edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR