Aİ-nin yeddi ölkəsi turizmdəki azalmaya görə Avropa Komissiyasından sərhəd bölgələrinə dəstək istədi

Aİ-nin yeddi ölkəsi turizmdəki azalmaya görə Avropa Komissiyasından sərhəd bölgələrinə dəstək istədi
Avropa İttifaqına üzv olan Bolqarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və Estoniya sərhədyanı bölgələrdə turizm axınının azalması səbəbindən Avropa Komissiyasına müraciət edərək əlavə dəstək tədbirlərinin görülməsini xahiş ediblər.
Politico nəşrinin yaydığı məlumata görə, ölkələrin Avropa Komissiyasına ünvanladıqları məktubda bildirilib ki, geosiyasi vəziyyət və təhlükəsizliklə bağlı narahatlıqlar şərq sərhəd regionlarında turizmin inkişafına ciddi mənfi təsir göstərib.
Sənəddə qeyd olunur ki, bu bölgələrin əksəriyyətində turist axını əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, məktubda turizmin azalmasına səbəb olan konkret təhlükələr və ziyarətçi sayındakı dəyişikliklərlə bağlı dəqiq rəqəmlər açıqlanmayıb.
Bundan əvvəl Reuters agentliyi xəbər vermişdi ki, Latviyanın şərq rayonlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hava məkanında mütəmadi görünməsi barədə məlumatlardan sonra turistlər həmin bölgələrə səfərlərini kütləvi şəkildə ləğv etməyə başlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.