Meşə yanğınları səbəbindən İspaniyanın Madrid şəhərində, eləcə də Avila və Kastelyon əyalətlərində 116 mindən çox şəxs təxliyə edilib.
"Report" "El País"ə istinadən xəbər verir.
Qeyd olunub ki, zərərçəkənlərin böyük əksəriyyəti, təxminən 100 min nəfəri Madrid və Avila sakinləridir, qalan 15 min nəfər isə Kastelyondandır.
Nəşrin məlumatına görə, gecə saatlarında intensivliyin azalmasına baxmayaraq, Madriddəki yanğın hələ də lokallaşdırılmayıb. Alov paytaxt bölgəsində və Avilada 45 000 hektardan çox ərazini məhv edib. Kastelyonda yanğının perimetri 21 kilometrə çatır. İspaniyada alovun məhv etdiyi ümumi sahə təxminən 131 113 hektar təşkil edə bilər.
Madrid rəsmiləri izah ediblər ki, bu gün yenidən yüksək temperatur, aşağı rütubət və küləyin istiqaməti ilə bağlı qeyri-müəyyənliklə səciyyələnəcək ki, bu da yanğınların söndürülməsi səylərinə birbaşa təsir göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.