AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada pivə zavodlarının sayı azalıb

  • + A
  • - A
  • Bu gün, 21:34

    Almaniyada pivə zavodlarının sayı azalıb

    Almaniyada pivə istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin sayı azalmağa davam edir. Almaniyanın Federal Statistika İdarəsinin açıqladığı məlumata görə, 2025-ci ildə ölkədə 53 pivə zavodu fəaliyyətini dayandırıb.

    Bununla da ölkədə pivə zavodlarının ümumi sayı 2024-cü illə müqayisədə 3,6 faiz azalaraq 1 415-ə enib. Statistikaya əsasən, hazırda Almaniyada 2019-cu illə müqayisədə 137 pivə zavodu az fəaliyyət göstərir. Qeyd olunur ki, 2019-cu ildə ölkədə son 30 ilin ən yüksək pivə zavodu sayı qeydə alınmışdı.
    Federal Statistika İdarəsi bu azalmanı pivəyə olan ümumi tələbatın aşağı düşməsi və istehsal xərclərinin artması ilə əlaqələndirib.

    2025-ci ildə ən çox pivə zavodu Bavariya əyalətində fəaliyyət göstərib. Burada 588 müəssisə qeydə alınıb. Sonrakı yerlərdə isə 190 zavodla Baden-Vürtemberq və 131 zavodla Şimali Reyn-Vestfaliya qərarlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR