AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan miqrasiya nəzarətini rəqəmsallaşdırır: Xarici vətəndaşlara elektron giriş icazəsi veriləcək

  • + A
  • - A
  • Bu gün, 21:37

    Qazaxıstan miqrasiya nəzarətini rəqəmsallaşdırır: Xarici vətəndaşlara elektron giriş icazəsi veriləcək

    Qazaxıstan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün elektron giriş icazəsi sistemini tətbiq etməyə hazırlaşır. Bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi miqrantların ölkəyə giriş və qalma qaydalarına dəyişikliklər hazırlayıb.
    Sənəd layihəsi ictimai müzakirəyə çıxarılıb və avqustun 17-dək açıq müzakirədə olacaq.

    Yeni sistemin məqsədi miqrasiya nəzarətinin səmərəliliyini artırmaq, ölkəyə daxil olan şəxslərin daha dəqiq qeydiyyatını aparmaq və bir sıra prosedurları tam avtomatlaşdırmaqdır.

    Elektron giriş icazəsinin alınması ödənişli olacaq. Daxili İşlər Nazirliyinin məlumatına görə, əldə ediləcək vəsait rəqəmsal platformanın texniki xidmətinə, modernləşdirilməsinə və şəxsi məlumatların mühafizəsinin gücləndirilməsinə yönəldiləcək.

    Sistemin 2026-cı ilin avqust-dekabr ayları ərzində mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. Keçid dövründə sərhəd infrastrukturunun yeni sistemə uyğunlaşdırılması və platformanın sabit fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur.

    Qeyd olunur ki, dəyişikliklər Qazaxıstanın miqrasiya qanunvericiliyinin yenilənməsi və dövlət xidmətlərinin rəqəmsallaşdırılması siyasətinin tərkib hissəsidir. Ölkə hakimiyyəti daha əvvəl yüksək ixtisaslı mütəxəssislərin və investorların cəlb olunması üçün daha şəffaf miqrasiya sisteminin yaradılacağını da bəyan etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR