ABŞ Yəməndəki diplomatik missiyasına yeni rəhbər təyin edib

ABŞ Yəməndəki diplomatik missiyasına yeni rəhbər təyin edib
ABŞ Yəməndəki diplomatik missiyasına yeni müvəqqəti işlər vəkili təyin edib. ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, bu vəzifəyə Nil Hop gətirilib.
Nil Hop bundan sonra ABŞ-ın Yəmən üzrə baş diplomatı kimi fəaliyyət göstərəcək. ABŞ səfirliyinin açıqlamasında bildirilib ki, onun əsas vəzifəsi Prezident Donald Tramp administrasiyasının prioritetlərini və dövlət katibi Marko Rubionun diplomatik təşəbbüslərini Yəmən hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirmək olacaq.
24 illik dövlət qulluğu təcrübəsinə malik olan Nil Hop karyera diplomatıdır. O, indiyədək ABŞ Dövlət Departamentində və federal administrasiyanın müxtəlif qurumlarında bir sıra məsul vəzifələrdə çalışıb.
Yeni vəzifəsində Nil Hop ABŞ-ın milli təhlükəsizlik strategiyasının əsas istiqamətlərinin icrasına nəzarət edəcək. Bu istiqamətlərə Qırmızı dənizdə gəmiçilik azadlığının təmin olunması, regionun terrorizmin yayılması üçün istifadə edilməsinin qarşısının alınması və ABŞ-ın tərəfdaş ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.