AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada yanacaqla bağlı vəziyyətin yaxşılaşacağı gözlənilir

  • + A
  • - A
  • Bu gün, 21:50

    Rusiyada yanacaqla bağlı vəziyyətin yaxşılaşacağı gözlənilir


    Rusiyada yanacaqla bağlı vəziyyətin yaxşılaşacağı gözlənilir

    Rusiyada yanacaq bazarında yaranmış problemlərin yaxın vaxtlarda aradan qalxacağı gözlənilir.

    Baş nazirin müavini Aleksandr Novak bildirib ki, bir sıra neft emalı zavodlarının təmir işlərini başa çatdıraraq fəaliyyətini bərpa etməsindən sonra ölkədə yanacaq təminatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

    “Yaxın vaxtlarda bir sıra neft emalı zavodlarının təmirdən çıxacağını və vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyirik”, – Novak deyib.
    Rusiyanın energetika naziri Sergey Tsivilyov isə daha əvvəl ölkənin bəzi yanacaqdoldurma məntəqələrində növbələrin yarandığını təsdiqləyib. Onun sözlərinə görə, nazirlik yanacaq tədarükündəki fasilələrin aradan qaldırılması istiqamətində tədbirlər görür.

    Ölkədə benzin təminatı ilə bağlı çətinliklər yay aylarında yaranıb. Vəziyyəti sabitləşdirmək məqsədilə Rusiya hökuməti yanacaq ixracına məhdudiyyətlər tətbiq edib, idxal üçün vergi güzəştləri nəzərdən keçirib və daxili istehsalın artırılması istiqamətində addımlar atıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR