AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…

  • + A
  • - A
  • 25-12-2019, 11:30

    “Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…


    “Merd Petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyəti bugünki standartlara uyğun deyil. Ercan Turanın arxasında kimlər durur? - ŞOK

    Bakıda yanacaqdoldurma məntəqəsində şok hadisə – Avtomobillərə yağış suyu vurulub

    Şamaxinka adlanan ərazidə, Sumqayıt yolu istiqamətində yerləşən Merd Petrol yanacaqdoldurma məntəqəsində yerə basdırılmış iri benzin çəninə yağış sularının dolması barədə məlumatlar yayılıb. Bildirilir ki, çənin qapağının yaxşı bağlanmaması səbəbindən ora yağış suları dolub və həmin suyun qarışdığı benzin avtomobillərə vurulub. Bu səbəbdən xeyli avtomobildə ciddi problem yaranıb.

    Qazancımız hamısı benzinə gedir. Bu saat vurursan, iki saat sonra “göstərici” sıfıra yaxınlaşır. “Merd Petrol” Yanacaq Doldurma Məntəqələridən müştərilərin aldadılması ilə bağlı hər gün yeni iddialar səsləndirilir. Sürücülər deyirlər ki, onların avtomobillərinə vurulan benzinin miqdarı ilə ödədikləri pul tərs mütənasiblik təşkil edir. Bildirilir ki, “Merd Petrol” yanacaqdoldurma məntəqələri yanacağın tərkibinə qaz vurur və ya başqa üsullarla müdaxilə edilir. "Yanacağı doldurub, avtomobili sürməsəniz belə, bir gün sonra yanacaq göstəricisinin aşağı düşəcəyini görəcəksiniz. Yanacaq öz-özünə buxarlanır. Bəzi yanacaqdoldurma məntəqələrində isə yanacaqdan hər 10 litrinə 1 litr kəsilir. 30 litr benzin əvəzinə maşının yanacaq deposuna 27 litr yanacaq vurulur.

    Hətta mətbuatda, sosial şəbəkələrdə tez-tez sürücülərin belə şikayətləri dərc olunur ki, maşına tam depo benzin vurularkən aparatda deponun ümumi tutumundan 10 litr çox benzin vurulduğu göstərilir. Bundan başqa, benzin də keyfiyyətsizdir, maşın ideal vəziyyətdə olsa da, motor boğulur. Belə çıxır ki, biz A92 benzini 90 qəpiyə yox, faktiki olaraq 1 manata alırıq. Eyni zamanda “Merd Petrol”yanacaqdoldurma məntəqələrinin ölçmə cihazları avtomobillərin çəninə vurulan benzinin həcmini düz göstərmir. Benzin çənə vurulmazdan öncə görürsən ki, artıq ölçmə cihazının sayğacında 20 qəpik yazılıb. Məntəqələrin benzin vuran aparatı işə düşməzdən əvvəl sayğacın ekranında qəpiklər yazılır. Bəzi sahibkarların ölkə rəhbərliyinin onlara yaratdığı əlverişli şəraitdən sui-istifadə halları artır. Bu, bizi narahat edir. Komitənin müvafiq qurumu tərəfindən yanacaqdoldurma məntəqələrinin çənləri yoxlanılır və onların üzərinə möhür vurulur. Bizdə olan məlumata görə, “Merd Petrol” yanacaqdoldurma məntəqələrində plombların qırılması, müdaxilə halları var. Biz bunu yoxlamaların dayandırılmasından sui-istifadə halları kimi qiymətləndiririk. Təbii ki, belə halların qarşısı alınacaq, bu belə davam edə bilməz. Xoşagəlməz hallarla bağlı şikayətlər bizi ciddi narahat edir.

    P.S. Benzinin kəmiyyəti ilə bağlı aldadılma hallarını bütün yanacaqdoldurma məntəqələrinə aid etmək olmaz”.

    Daha ətraflı gələn sayımızda. Araşdırmamız davam edir. Bizi izləyin.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


    “Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…
    “Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…
    “Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…
    “Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…
    “Merd Petrol” sürücüləri necə aldadır? – Benzin oğurluğu, qatqı, yoxsa…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR