AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada məktəblilərin dərs zamanı mobil telefonlardan istifadəsinə qadağa qoyulur.

  • + A
  • - A
  • Bu gün, 16:32

    Rusiyada məktəblilərin dərs zamanı mobil telefonlardan istifadəsinə qadağa qoyulur.


    Rusiyada məktəblilərin dərs zamanı mobil telefonlardan istifadəsinə qadağa qoyulur.

    Rusiya Təhsil Nazirliyinin bununla bağlı əmri 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Bu barədə Rusiyanın təhsil naziri Sergey Kravtsov TASS-a açıqlamasında məlumat verib.

    Nazirin sözlərinə görə, şagirdlərə dərs zamanı mobil telefonlardan istifadə etmək qadağan ediləcək. İstisna yalnız şagirdlərin və ya təhsil müəssisəsinin əməkdaşlarının həyatı və sağlamlığı üçün təhlükə yarandığı hallar, eləcə də digər fövqəladə vəziyyətlər olacaq.

    Kravtsov bildirib ki, tənəffüslər zamanı şagirdlər telefon və digər elektron cihazlardan istifadə edə biləcəklər. Lakin bunun qaydalarını hər bir təhsil müəssisəsi özü müəyyənləşdirəcək.

    Beləliklə, yeni qaydalarla Rusiyada məktəblərdə mobil telefonların dərs prosesinə təsirinin məhdudlaşdırılması və şagirdlərin diqqətinin təhsilə yönəldilməsi hədəflənir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR