Tiflisdə tramvay xəttinin tikintisi üçün müqavilə imzalanıb

Gürcüstanın Tiflis şəhərində tramvay xəttinin yenidən qurulması və istifadəyə verilməsi nəzərdə tutulur.
Tiflis meriyasının məlumatına görə, bununla bağlı Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.
Müqavilə tramvay xəttinin layihələndirilməsi və tikintisini əhatə edir. Layihənin ümumi dəyəri 287 milyon 654 min 321 lari müəyyənləşdirilib.
Yeni tramvay xəttinin təxminən 7,5 kilometr uzunluğunda olacağı və burada 11 dayanacağın yerləşdiriləcəyi gözlənilir.
Layihənin tamamlanmasından sonra tramvay xəttinin Tiflisin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiyası planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.