Nikol Paşinyan Fransaya səfər edib – Makronla görüşəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə yola düşüb.
Ermənistan hökumətinin mətbuat katibi Melaniya Arutyunyanın açıqlamasına görə, səfər zamanı Paşinyan Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitə qatılacaq.
Səfər çərçivəsində Ermənistan hökumət başçısının Fransa Prezidenti Emmanuel Makronla görüşünün keçirilməsi də planlaşdırılır.
Paşinyanın Fransaya prezident təyyarəsi ilə deyil, müntəzəm sərnişin reysi ilə yola düşdüyü qeyd olunur.
Ermənistan Baş nazirinin Fransaya əvvəlki səfəri bu ilin martında baş tutub.
Qeyd edək ki, Beynəlxalq Kosmik Sammit sentyabrın 9-10-da Parisdə Qran-Pale sərgi mərkəzində keçiriləcək. Tədbirə 120-dən çox ölkədən nümayəndə heyətlərinin, dövlət və hökumət başçılarının, kosmik agentliklərin nümayəndələrinin, alimlərin və hərbi ekspertlərin qatılması gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.