AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Donald Trampdan amerikalılara 5 min dollarlıq vəd

  • + A
  • - A
  • Bu gün, 11:15

    Donald Trampdan amerikalılara 5 min dollarlıq vəd

    ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkilərdə Konqresin hər iki palatasında üstünlük əldə edəcəyi təqdirdə yetkinlik yaşına çatmış ABŞ vətəndaşlarına 5 min dollar ödənəcəyini vəd edib.

    Xarici mətbuata görə, Tramp bu açıqlamanı Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının milli qurultayında səsləndirib.

    ABŞ liderinin sözlərinə görə, Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında qalib gəlsələr, hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar məbləğində dividend veriləcək.

    Tramp sözügedən ödənişi “Tramp dividendi” adlandırıb. O bildirib ki, vəsait ölkə daxilində xərclənməlidir.

    ABŞ Konqresinə aralıq seçkilərin noyabrın 3-də keçirilməsi planlaşdırılır. Seçkilər zamanı Senatın 33 üzvü və Nümayəndələr Palatasının bütün 435 üzvü seçiləcək. Respublikaçılar hazırda Konqresin hər iki palatasına nəzarət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR