AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampın taleyi iki gün sonra bəlli olacaq

  • + A
  • - A
  • 5-11-2018, 10:17

    Trampın taleyi iki gün sonra bəlli olacaq













    Noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Ümumilikdə amerikalılar bu seçki ilə Nümayəndələr Palatasının gələcək tərkibini, Senatda boş qalmış 33 mandatın sahibini, 36 ştatda qubernatorları, Kolumbiya federal dairəsi də daxil olmaqla 50 ştatda yerli idarəetmə orqanlarının seçkili pozisiyaları üçün 6665 siyasətçiyə səs verəcəklər. Hazırda Konqresdə üstünlüyün Respublikaçılar Partiyasına məxsus olması prezident Donald Trampın mövqelərini gücləndirən mühüm amil sayılır. Trampın bir sıra problemli addımlar atmasında, qərarların qəbul etməsində bu faktorun rol oynadığı sirr deyil. Odur ki, siyasi təhlilçilər hesab edir ki, Konqresə seçkilərin nəticələri Trampın bundan sonrakı fəaliyyəti, hətta vəzifədə qalıb-qalmaması məsələsində ciddi əhəmiyyət daşıyacaq. Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, aralıq seçkiləri ABŞ seçki sisteminin böyüklüyünə görə ikinci, əhəmiyyətinə görə isə əsas seçkisidir: “Bu seçkini adətən ABŞ siyasətində mövcud prezidentə və onun komandasına güvən və inam testeri də adlandırırlar. Məhz bu seçkilərdə Konqressin Nümayəndələr Palatasının 435 yerlik aşağı palatası tam tərkibdə, Senat adlandırdığımız yuxarı palatası isə 1/3 tərkibdə, güclər bölgüsündən asılı olaraq 33 və ya 34 mandat sahibləri tam yenilənəcək. Paralel olaraq aralıq seçkilərdə əksər ştatlarda qubernatorların növbəti seçim üçün taleyi müəyyənləşdirilir. ABŞ daxili siyasi adət- ənənəlinə görə, bir qayda olaraq ABŞ-ın növbəti prezidenti Nümayəndələr Palatasında çoxluğu qazanan partiyanın nümayəndəsi seçilir. Ümumi olaraq hansı partiyanın qalib gələcəyi haqqında danışsaq, onu qeyd edim ki, Donald Trampın siyasəti son illər ABŞ cəmiyyətini iki hissəyə bölüb. Əgər daha öncələr cəmiyyətdə hər iki partıya – demokratlar və ya respublikaçılardan kənarda üçüncü bir nüfuzlu, yəni hər iki partiyanın siyasətini bəyənməyən bir seqment formalaşmışdırsa, son illər bu hal mövcud deyil. Ölkə daxili nüfuzlu sosial araşdırma nəşrlərinin sorğularına görə, cəmiyyət iki düşərgədən – demokratlar və respublikaçıların dəstəkçilərindən ibarətdir. Bu isə o deməkdir ki, aralıq seçkisində uğur seçki məntəqələrinə daha çox tərəfdarını gətirə biləcək partiyaya məxsus olacaq. Konkret olaraq hansı partiya aralıq seçkisində uğur qazanacaq sualının cavabına gəlincə, müşahidə və təhlillərimə görə bu, Demokratlar Partiyası olacaq”. Ekspert qeyd etdi ki, seçkilər ərəfəsində Tramp administrasiyası öz düşərgəsinin mövqeyini möhkəmləndirmək üçün ənənəvi Meksika ilə sərhəd və miqrant kartlarını istifadə edir, seçkilərə bir həftə qalmış Tramp Meksika ilə sərhəddə odlu silahın istifadə olunmasına icazə və ABŞ-da doğulmuş miqrantların uşaqlarına vətəndaşlıq verməməyi vəd edib: “Digər tərəfdən, Trampın aqressiv və düşmənçi ritorikasının nəticəsi kimi Pensilvaniya ştatının Pittsburq şəhərində sinaqoqda 11 nəfərin qətli ilə nəticələnən hadisə və tərəfədarlarından birinin seçkilərdən bir qədər əvvəl nüfuzlu demokratların ünvanlarına bomba göndərməsi respublikaçıların mövqelərini zəiflədən məqamlardır. Fikrimcə, aralıq seçkilərində demokratlar Konqresin Nümayəndələr Palatasında mütləq üstünlük qazanacaq – 80 %-dən yuxarı nəticə ilə aşağı palataya nəzarət əldə edəcəklər. Senatda isə mövqelərini möhkəmlədəcəklər. Bu vəziyyət isə Trampın gələcək hakimiyyətinin taleyini həll edəcək. Nümayəndələr Palatasında üstünlüyü respublikaçılar saxlayacağı halda ssenari üçün onu bildirim ki, bu hal Trampın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək, prezident iqtisadiyyatın tənzimlənməsi və vergi azalmalarına yönəlik islahatları davam etdirə biləcək, tibbi sığortalar haqqında qanunu yenidən ləğv etməyə çalışacaq və ən əsası, prezidentliyinin ilk günlərindən onu təqib edən impiçment haqqında müzakirələrə nöqtə qoyacaq. Demokratların üstünlüyü halında xüsusi prokuror Rober Müllerin istintaqı, həmçinin Konqres və Senatda aparılan araşdırmalar daha ciddi şəkildə gündəmə gələcək, Tramp və komandası ətrafında səngiməyən müxtəlif ittihamları araşdırmaq çağırışları və ən əsası, impiçmentə çağırış daha da güclənəcək. Bu proseslərin Trampın impiçmenti il nəticələnəcəyi isə real deyil və fikrimcə, Tramp öz prezidentlik müddətini qalmaqalla da olsa, tam başa vuracaq. Lakin növbəti dəfə prezident olmayacaq”. Bir sıra ekspertlər isə belə hesab edirlər ki, Amerika siyasətində yaranmış durumu yalnız bir seçki ilə düzəltmək mümkün deyil. Uğur əldə edilməsi üçün, ən azı, bir neçə seçkinin keçirilməsi, Respublikaçılar Partiyasının yenilənməsi və fərqli əxlaqi oriyentirləri olan fərqli prezidentin seçilməsi tələb olunur. Ancaq 6 noyabrda keçiriləcək seçkilərin müsbət nəticələri bu uğura aparan yolu göstərə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR