Çin lideri ABŞ-yə gedir

Si Cinpin Trampın dəvəti ilə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-25-də ABŞ-yə dövlət səfəri edəcək.
Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə keçiriləcək.
Səfərdən əvvəl ABŞ və Çin nümayəndə heyətlərinin Nyu-Yorkda iqtisadi və ticarət məsələlərini müzakirə edəcəyi bildirilib. Çin nümayəndə heyəti sentyabrın 19-dan 23-dək ABŞ-də olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.