Tramp Si Cinpinə ağbaşlı qartal heykəlciyi hədiyyə edib

ABŞ Prezidenti Donald Tramp sentyabrın 24-də Vaşinqtona səfəri zamanı Çinin Sədri Si Cinpinə ağbaşlı qartal heykəlciyi hədiyyə edib.
Tramp bildirib ki, hədiyyə ABŞ-ın tanınmış rəssamlarından biri tərəfindən hazırlanıb və heykəlin dizaynında onun həyat yoldaşı Melaniya Tramp da iştirak edib.
“Bu, bu günün ən yaxşı rəssamlarından biri olan görkəmli amerikalı sənətkarın hədiyyəsidir. Melaniya və mən də onun hazırlanmasında iştirak etmişik”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, ağbaşlı qartal ABŞ-ın milli simvollarından biridir və “Amerika azadlığının ruhunu” təcəssüm etdirir.
Tramp heykəlin Pekində onun üçün xüsusi və hörmətli bir yerdə nümayiş etdiriləcəyinə ümid etdiyini bildirib.
Hədiyyənin təqdim olunması ilə bağlı görüntülər Ağ Evə aid YouTube kanalında yayımlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.