AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb

  • + A
  • - A
  • Bu gün, 19:00

    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb

    Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə Vaşinqtondan Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumasını və Tayvan məsələsinə ehtiyatla yanaşmasını istəyib.

    Bunu Çinin xarici işlər naziri Van İ sentyabrın 26-da Si Cinpinin ABŞ-a səfərinin yekunları ilə bağlı açıqlamasında bildirib.

    “Si Cinpin Çin tərəfinin Tayvan məsələsində prinsipial mövqeyini açıqlayaraq, ölkənin milli birliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruduğunu vurğulayıb, ABŞ tərəfini ‘Tayvanın müstəqilliyinə’ qarşı düzgün mövqeyini qorumağa, Tayvan məsələsinə ehtiyatla yanaşmağa, Çin-ABŞ strateji əməkdaşlığına və iki ölkə münasibətlərinin inkişafına mane olan amilləri aradan qaldırmağa çağırıb”, - Van İ bildirib.

    Qeyd edək ki, Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR