AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taylandda daşqın zamanı məbəddən 400 kiloqramlıq timsah xilas edilib

  • + A
  • - A
  • Bu gün, 14:04

    Taylandda daşqın zamanı məbəddən 400 kiloqramlıq timsah xilas edilib

    Taylandda daşqın zamanı məbəddən 400 kiloqramlıq timsah xilas edilib


    Taylandın Praçinburi əyalətində daşqın nəticəsində su altında qalan məbəddən çəkisi 400 kiloqramdan çox olan timsah xilas edilib. Bu barədə “The Nation” qəzeti məlumat yayıb.

    Məlumata görə, sentyabrın 27-də “Wat Pho Thong” məbədinin nümayəndələri yerli hakimiyyət orqanlarına müraciət edərək ərazidəki timsahın xilas edilməsini istəyiblər. Timsahın saxlandığı qəfəsin ətrafında suyun səviyyəsi təxminən 1,3 metr yüksəlib. Məbədin abbası və əməkdaşları sürünənin qəfəsdən çıxaraq çaya düşə biləcəyindən ehtiyat ediblər.

    27 yaşlı, uzunluğu 4 metrdən çox olan timsahın xilasetmə əməliyyatına yerli hakimiyyət orqanları, könüllülər və Balıqçılıq Departamentinin əməkdaşları cəlb olunub.

    Xilasedicilər əvvəlcə timsahın ağzını və ayaqlarını kəndirlərlə bağlayıblar. Daha sonra heyvanı yola çıxarıb və yük maşınına quraşdırılmış kranın köməyi ilə nəqliyyat vasitəsinə yerləşdiriblər. Timsah məbəddən təxminən 20 kilometr uzaqlıqda yerləşən müvəqqəti sığınacağa aparılıb.

    Güclü yağışların səbəb olduğu daşqınlar Taylandın paytaxtı Banqkokla yanaşı, ölkənin bir sıra əyalətlərinə də təsir edib. Paytaxtda sentyabrın 24-dən etibarən 300 millimetrdən çox yağıntı düşüb və təbii fəlakətin nəticələri təxminən 52 min təsərrüfata təsir edib.

    Hakimiyyət orqanları Banqkok və qonşu Nonthaburi, Pathumthani və Samut Prakan əyalətlərində sentyabrın 28-29-nu xüsusi istirahət günləri elan edib. Həmçinin məktəblər müvəqqəti bağlanıb və zərərçəkənlər üçün müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR