AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRANDA QADIN KÖNÜLLÜLƏR ÜÇÜN İLK DƏFƏ HƏRBİ HAZIRLIQ KEÇİRİLİB

  • + A
  • - A
  • Dünən, 22:17

    İRANDA QADIN KÖNÜLLÜLƏR ÜÇÜN İLK DƏFƏ HƏRBİ HAZIRLIQ KEÇİRİLİB

    İranda qadın könüllülər üçün ilk dəfə hərbi hazırlıq kursu təşkil olunub.

    Mehr agentliyinin məlumatına görə, təlimlər “Janfada” – “İran naminə fədakarlıq” adlı könüllü kampaniyanın seçilmiş iştirakçıları üçün keçirilib.

    Təlim proqramı Tehranın İmam Hüseyn meydanındakı hazırlıq mərkəzində təşkil olunub.

    Qadın iştirakçılar ölkə üzrə genişlənən könüllü səfərbərlik kampaniyası çərçivəsində hərbi hazırlıq keçiblər. Proqram çərçivəsində vətəndaşlara hərbi bacarıqlar, eləcə də fövqəladə vəziyyətlər zamanı davranış və fəaliyyət qaydaları öyrədilir.
    Bu, “Janfada” kampaniyasına qoşulan qadınlar üçün keçirilən ilk belə hərbi hazırlıq kursudur.

    İran hakimiyyəti ölkədə hərbi münaqişə və fövqəladə hallar zamanı fəaliyyət göstərə biləcək könüllülərin sayını artırmaq məqsədilə proqramı genişləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR