AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa M51.3 strateji ballistik raketini sınaqdan keçirib

  • + A
  • - A
  • Bu gün, 16:08

    Fransa M51.3 strateji ballistik raketini sınaqdan keçirib


    Fransa nüvə başlığı olmadan M51.3 versiyalı strateji ballistik raketin sınaq buraxılışını həyata keçirib.

    Fransanın 20 Minutes qəzeti ölkənin Silahlı Qüvvələr Nazirliyinə istinadən xəbər verir ki, M51 strateji ballistik raketinin M51.3 versiyasının ilk sınaq buraxılışı oktyabrın 6-da nüvə enerjili ballistik raketdaşıyan sualtı qayıqdan həyata keçirilib.

    Nazirliyin məlumatına görə, sınaq raketin yeni versiyasının imkanlarının yoxlanılması məqsədi daşıyıb. Raket buraxılışı zamanı nüvə döyüş başlığından istifadə edilməyib.

    M51 Fransanın strateji nüvə çəkindirmə qüvvələrinin əsas komponentlərindən biri hesab olunur və ölkənin ballistik raketdaşıyan nüvə sualtı qayıqları tərəfindən istifadə edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR