AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uitkoff və Kuşnerin Moskvaya səfəri təxirə salınıb

  • + A
  • - A
  • Bu gün, 10:33

    Uitkoff və Kuşnerin Moskvaya səfəri təxirə salınıb

    Yeni təkliflə bağlı məsləhətləşmələrin nəticəsi gözlənilir

    ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Rusiyanın paytaxtına planlaşdırılan səfəri təxirə salınıb.

    Bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, səfər Ukrayna və Avropanın Rusiya Prezidenti Vladimir Putinə təqdim olunacaq yeni təklifi dəstəkləməyə hazır olub-olmadığı müəyyənləşdikdən sonra mümkün ola bilər.

    Qeyd edək ki, Uitkoff və Kuşnerin yaxın iki həftə ərzində Moskvaya səfər edəcəyi ehtimalı daha əvvəl gündəmə gəlmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR