AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Papa XIV Leo xəstəxanaya yerləşdirilib

  • + A
  • - A
  • Bu gün, 10:29

    Papa XIV Leo xəstəxanaya yerləşdirilib

    Vatikan rəhbərinin ağciyərindəki düyünlə bağlı əməliyyat keçirdiyi açıqlanıb.

    Roma Papası XIV Leo Romadakı Aqostino Cemelli adına xəstəxanada cərrahi əməliyyat keçirib.

    “Rai Radio-1” radiostansiyasının məlumatında pontifikin ağciyərində aşkarlanan düyünün xaric edilməsi üçün müdaxilənin planlaşdırıldığı bildirilib.

    Müqəddəs Taxt-Tacın mətbuat xidməti sonradan əməliyyatın uğurla başa çatdığını açıqlayıb. Məlumata görə, Papa artıq palataya qaytarılıb.

    Əvvəlcədən yayılan məlumatlarda əməliyyatdan sonra sağalmanın təxminən bir həftə çəkə biləcəyi və bu səbəbdən XIV Leonun oktyabrın 20-dək olan proqramının ləğv edildiyi qeyd olunub.

    Papanın noyabrın əvvəlində Latın Amerikası ölkələrinə — Uruqvay, Argentina və Peruya səfərinin isə qüvvədə qaldığı bildirilib.

    Qeyd edək ki, XIV Leo daha əvvəl ağciyərindəki törəmənin kiçik olduğunu və erkən mərhələdə aşkarlandığını söyləmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR