AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu Qərb sahilinin blokadaya alınmasına hazırlıq barədə göstəriş verib

  • + A
  • - A
  • Bu gün, 16:17

    Netanyahu Qərb sahilinin blokadaya alınmasına hazırlıq barədə göstəriş verib



    İsrailin Baş naziri Benyamin Netanyahu terror aktı kimi qiymətləndirilən silahlı hücumdan sonra Hebron şəhərinin blokadaya alınması və İordan çayının qərb sahilinin tam təcrid olunmasına hazırlıq görülməsi barədə hərbçilərə göstəriş verib.

    Netanyahu bildirib ki, təhlükəsizlik qüvvələrinə və orduya Hebron şəhərinin dərhal blokadaya alınması, həmçinin bu gündən etibarən İudeya və Samariya adlandırılan ərazinin, yəni İordan çayının qərb sahilinin tam təcrid olunmasına hazırlaşmaq tapşırılıb.

    “Qüvvələrimiz terror aktlarının qarşısını almaq üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir və genişmiqyaslı həbslər həyata keçirir”, – deyə İsrail hökumət başçısının bəyanatında qeyd olunub.

    Cümə günü səhər saatlarında Hebron yaxınlığında baş verən silahlı insidentlə bağlı İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb. Bildirilib ki, iki naməlum şəxs atəş açıb, daha sonra İsrail hərbçiləri tərəfindən zərərsizləşdirilib. Rəsmilərin terror aktı kimi təsnif etdiyi hücum nəticəsində beş nəfər yaralanıb.

    İsrailin dövlət teleradio şirkəti Kan-ın təhlükəsizlik strukturlarına istinadən yaydığı məlumata görə, hücum edən şəxslər İsrail dövlət nömrə nişanları olan avtomobillə SAXAL-ın nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıblar. Avtomobildə çoxlu sayda döyüş sursatının aşkarlanması onların mülki şəxslərə qarşı genişmiqyaslı terror aktı törətməyi planlaşdırdıqları ehtimalını gücləndirib.

    Hadisədən sonra İsrail hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib və Qərb sahilində genişmiqyaslı məhdudiyyətlərin tətbiqinə hazırlaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR