AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada məktəblilərin qatıldığı tədbirdə bişmiş kekslərdən batareya aşkarlanıb: 16 uşaq xəstəxanaya yerləşdirilib

  • + A
  • - A
  • Bu gün, 13:51

    Almaniyada məktəblilərin qatıldığı tədbirdə bişmiş kekslərdən batareya aşkarlanıb: 16 uşaq xəstəxanaya yerləşdirilib


    Almaniyanın Saksoniya-Anhalt federal torpağının Kosviq şəhərində ev şəraitində hazırlanmış kekslərin içərisindən diskşəkilli batareyalar aşkarlanıb. Hadisə nəticəsində 16 ibtidai sinif şagirdi tibb müəssisələrinə aparılıb.

    Bu barədə noyabrın 12-də “Bild” qəzeti Vittenberq rayon administrasiyasına istinadən məlumat yayıb.

    Məlumata görə, hadisə Kosviq şəhərində Fröbel adına ibtidai məktəbin akt zalında keçirilən tədbir zamanı baş verib. Tədbirə müxtəlif şirniyyatlar, o cümlədən ev şəraitində hazırlanmış kekslər gətirilib.

    Nəşrin məlumatına əsasən, 16 şagird kekslərdən yeyərkən onların içərisində təhlükəli yad cisimlərin olduğunu bilməyib. Sonradan şirniyyatların tərkibində diskşəkilli batareyalar aşkarlanıb.

    Hadisə yerinə təcili tibbi yardım həkimi də daxil olmaqla, 35 nəfərdən ibarət fövqəladə xidmət əməkdaşı cəlb olunub. Uşaqlardan biri təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilib. Digər 15 şagirdi isə valideynləri özləri tibb müəssisələrinə aparıblar.

    Faktla bağlı polis araşdırma aparır. Hüquq-mühafizə orqanlarının nümayəndəsinin bildirdiyinə görə, qalan kekslərin içərisində daha iki batareya aşkarlanıb.

    Batareyaların şirniyyatların içərisinə hansı şəraitdə və kim tərəfindən yerləşdirildiyi hələlik məlum deyil. Xəsarət alan məktəblilərin hazırkı vəziyyəti barədə də rəsmi məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR