NATO-ya məxsus, Niderland Hərbi Hava Qüvvələrinə aid Airbus A330-243 MRTT təyyarəsi Rusiyanın sərhədi yaxınlığında, Latviyanın cənub-şərq hissəsi üzərində təxminən bir saatdır uçuşlar həyata keçirir.
Bu barədə təyyarələrin hərəkətini izləyən Flightradar24 xidmətinin məlumatlarında bildirilir.
Xidmətin məlumatına görə, hava gəmisi Moskva vaxtı ilə saat 13:04-də Almaniyanın Köln/Bonn hava limanından havaya qalxaraq şimal-şərq istiqamətində hərəkət edib.
Təxminən saat 14:46-da (Moskva vaxtı ilə) təyyarə Latviyanın cənub-şərq hissəsinə çatıb və həmin ərazi üzərində dairəvi manevrlər etməyə başlayıb. Saat 15:56-ya olan məlumata görə, təyyarə hələ də həmin ərazidə uçuşunu davam etdirib.
Flightradar24-ün məlumatına əsasən, təyyarə ilə Rusiyanın dövlət sərhədi arasındakı məsafə təxminən 30–40 kilometr təşkil edib.
Xatırladaq ki, daha əvvəl Amerikanın Bombardier Artemis II kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində hava məkanında patrul uçuşlarına başladığı bildirilmişdi.
Bundan başqa, İsveç Hərbi Hava Qüvvələrinə məxsus radiolokasiya kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində altı saat ərzində uçuşlar həyata keçirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.