AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1 milyon insan Türkiyə istiqamətində irəliləyir – Ərdoğan göstəriş verdi

  • + A
  • - A
  • 4-02-2020, 11:56

    1 milyon insan Türkiyə istiqamətində irəliləyir – Ərdoğan göstəriş verdi


    “1 milyon insan Türkiyə sərhədi istiqamətində irəliləyir”.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə Kiyevdə təşkil olunan mətbuat konfransında belə deyib. O bildirib ki, İdlibdəki vəziyyətə görə, insanlar evlərini tərk etmək məcburiyyətində qalıb. Türkiyə-Suriya sərhədində qaçqınların yerləşdirilməsi üçün hazırlıqların davam etdiyinə diqqət çəkən Ərdoğan, əlverişsiz hava şəraitinə görə qaçqınların çətinliklərlə üzləşdiyini bildirib. Onlara lazımi dəstək göstərilir.

    Ərdoğan bu gün səhər saatlarında Suriya ordusunun Türkiyə hərbçilərini ağır silahlarla atəşə tutmasını bir daha qınayıb. O, hücum nəticəsində ölənlərin sayının 8 nəfərə çatdığını və Suriya ordusuna qarşı cavab əməliyyatlarının davam etdiyini bəyan edib. /Publika.az/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR