NATO-nun baş katibi Ərdoğanın qəzəbli çıxışına dözmədi — Türkiyə başçısına TƏCİLİ ZƏNG
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO barədə səsləndirdiyi hiddətli çıxış cavabını gecikdirməyib.
“Ölkə.Az” xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ərdoğanın çıxışına dərhal münasibət bildirib. O, Türkiyə başçısından və türk xalqından yenidən üzr istəyib. Yens Stoltenberq üzr istəmək üçün Ərdoğana zəng edib.
Qeyd edək ki, Norveçdə qoyulan stenddə düşmənlərin fotoları asılıb. Fotolar içində Mustafa Kamal Atatürkün və Ərdoğanın fotosu olub. Bu hadisədən sonra Ankara Norveçdə keçirilən NATO təlimlərindən 40 hərbçisini geri çağırıb. Bu hadisədən sonra NATO rəsmisi Türkiyədən üzr istəyib. NATO-nun baş katibi Yens Stoltenberqin üzr istəməsi xəbərini Norveç mətbuatı paylaşıb. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu səhvin bağışlanmaz olduğunu deyib.
“Bizim dövlətimizi yıxmaq üçün girəvə axtaranlara imkan verməməliyik. Allah göstərməsin, bu ölkə üçün təhlükə yaranarsa, bu zaman bizim halımız yaman olar. Ona görə də, Türkiyəni təhqir edən və sonradan üzr istəməklə kifayətlənənləri bağışlamaq olmaz”, - deyə Ərdoğan bildirib.