Şotlandiyada dünyanın ən böyük viskisi 1.3 milyona satılıb
Şotlandiyada dünyanın ən böyük viski şüşəsi hərracda satılıb.
Kult.az xəbər verir ki, 311 litrlik içki 1.3 milyon dollara alıcı tapıb.
Məlumata görə, 32 illik viski “Macallan” markasına məxsusdur. İçki şüşəsinin hündürlüyü 180 sm-dir və həcmi 444 adi içki şüşəsinə bərabərdir. Bu da onun Ginnesin Rekordlar Kitabına düşməsinə imkan verib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR