Türkiyə müdafiə sahəsində Ginnesin rekordlar kitabına düşdü - ABŞ ŞOKDA
Türkiyənin "Roketsan" müdafiə şirkəti tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin sifarişi ilə hazırlanmış "Jobaria" raket qurğusu dünyanın ən çox lüləsi olan artilleriya sistemi kimi Ginnesin rekordlar kitabına daxil edilib.
Yaylım atəşi sistemi 4 buraxılış qurğusundan ibarətdir. Hər bir qurğu 122 millimetrlik 60 reaktiv mərmiyə hesablanıb. Bu isə o deməkdir ki, sistem ümumilikdə 240 mərmidən atəş açmağa qadirdir.
Artilleriya qurğusu 39 kilometr məsafədə hədəfləri məhv edə bilir.
Hələlik bu qurğuların istehsal sayı və digər ölkələrə satılmaq imkanları barədə məlumat yoxdur.