Türkiyənin Şanlıurfa şəhəri 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı seçilib.
Bu barədə Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.
“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası zamanı dörd ölkənin namizədi arasında Şanlıurfa 2023-cü il turizm şəhəri seçildi”, - deyə Ersoy qeyd edib.
Onun sözlərinə görə, Özbəkistanın Xivə şəhəri isə 2024-cü ildə turizm paytaxtı seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.