AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda yeni turizm bölgəsi yaradılır – Sərəncam

  • + A
  • - A
  • 30-11-2018, 14:05

    Azərbaycanda yeni turizm bölgəsi yaradılır – Sərəncam
















    Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Naxçıvanın Şahbuz rayonunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılacaq.

    Naxçıvan Turizm Departamentinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirləri görmək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR