AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Zeytin budağı"nda 4-cü gün — Afrində yeni cəbhə açıldı - VİDEO / FOTO

  • + A
  • - A
  • 23-01-2018, 11:22

    "Zeytin budağı"nda 4-cü gün — Afrində yeni cəbhə açıldı - VİDEO / FOTO














    Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatının 4-cü günü ilə bağlı hesabat açıqlanıb.
    "Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən Burseya dağında daha 15 strateji nöqtə ələ keçirilib.

    Türkiyə Baş Qərərgahından verilən açıqlamada Suriyanın Azez qəsəbəsindən Afrin istiqamətinə doğru quru əməliyyatının da davam etdiyi bildirilir.

    "Zeytun budağı" əməliyyatı çərçivəsində Azez qəsəbəsində ikinci cəbhə açılıb.

    Afrin əməliyyatına Suriya müxalifətinin 25 min nümayəndəsi dəstək verir.

    Əməliyyatın 4-cü günündə 170-dən çox hədəfin vurulduğu bildirilir. 2 PKK terrorçusu isə əsir götürülüb.

    Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

    Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR