AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə baş verən zəlzələdən sonra üç metrlik geoloji yerdəyişməyə mütəxəssis RƏYİ

  • + A
  • - A
  • 7-02-2023, 23:55


    Türkiyədə baş verən zəlzələdən sonra üç metrlik geoloji yerdəyişməyə mütəxəssis RƏYİ

    Türkiyədə zəlzələ üçün üç metrlik geoloji yerdəyişmə ehtimalı azdır. Azadmedia.az xəbər verir ki, bunu Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru Petr Şebalin deyib. Daha əvvəl italiyalı mütəxəssis geoloji yerdəyişmə barədə məlumat vermişdi.
    Şebalinin sözlərinə görə, bu cür yerdəyişmələr 9 bal gücündə zəlzələlər üçün xarakterikdir, amma Türkiyədə müxtəlif hesablamalara görə, 7,4-dən 7,8 bala qədər olub.

    Petr Şebalin RİA Novosti-yə deyib: "Əgər belə bir dəyişiklik artıq baş veribsə, o zaman bütün Anadolu bloku üçün deyil, yalnız zəlzələnin baş verdiyi hissə üçün baş verib. Zəlzələ Türkiyənin yerdəyişməsinə səbəb ola bilməz".

    Xatırladaq ki, fevralın 7-də İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun prezidenti Karlo Doglioni “Corriere della Sera” qəzetinə verdiyi açıqlamada zəlzələnin Ərəbistan plitəsinin Anadolu plitəsindən üç metr şimal-şərqə və cənub-qərbə doğru hərəkət etdiyini bildirib. O, bu hadisəni Türkiyənin cənub-qərbə doğru dəyişməsi ilə müqayisə edib.

    Zəlzələ dünən, fevralın 6-da Türkiyənin Qaziantepində, eləcə də qonşu Suriyada baş verib. Son məlumatlara görə, Türkiyədə 5434 nəfər zəlzələnin qurbanı olub, 31777 nəfər xəsarət alıb.Suriyanın hökumətin nəzarətində olan hissəsində isə 812 nəfər təbii fəlakətin qurbanı olub. Suriyanın müxaliflərin nəzarətində olan bölgələrində baş verən zəlzələdə ölənlərin sayı 1020-ni keçib.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu zəlzələni 1939-cu ildən bəri ən güclü zəlzələ adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR