Aadmedia.az Qardaş Türkiyədə və dünyada son yüz ildə baş vermiş zəlzələlər barədə yazını təqdim edir:Qardaş Türkiyədə və dünyada son yüz ildə baş vermiş zəlzələlər:
Ərzincan vilayətində 1939-cu ildə 7,9 bal gücündə, Vanın Muradiyə rayonunda 1976-cı ildə 7,5 bal gücündə, Kocaelinin Gölcük rayonunda 1999-cu ildə 7,4 bal gücündə baş vermiş zəlzələlər böyük tələfatlara səbəb olub. Bu gün səhər isə qardaş ölkənin Kahramanmaraş bölgəsində daha bir zəlzələ baş verdi - 7,4 bal gücündə... Bu qarlı şaxtalı gündə baş verən dəhşətli zəlzələnin yol açdığı fəsadların miqyası böyük və üzücüdür.
Dünyada qeydə alınan ən dağıdıcı və güclü zəlzələlər -
1960-cı ilin mayında Çilidə 9,5 bal gücündə, 1964-cü ilin martında Alyaskada 9,2 bal gücündə, 2004-cü ilin dekabrında Sumatra adasında 9,1 bal gücündə, 1952-ci ilin noyabrında Rusiyada 9 bal gücündə, 2011-ci ilin martında Yaponiyada 8.9 bal gücündə....
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.