AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İordaniya şahzadəsi İman xına məclisində anasının toy kəmərini taxıb

  • + A
  • - A
  • 9-03-2023, 15:21

    İordaniya şahzadəsi İman xına məclisində anasının toy kəmərini taxıb

    İordaniya kralı II Abdullah ibn Hüseynin və kraliça Ranianın böyük qızı - şahzadə İman toya beş gün qalmış subaylıq gecəsi təşkil edib. Azadmedia.az xəbər verir ki, müvafiq fotolar Getty Images foto bankında yer alıb.

    5 iyul 2022-ci ildə İordaniya şahzadəsi İmanın və Nyu-Yorkdan Cəmil Aleksandr Termiotis adlı naməlum maliyyəçinin nişanı baş tutub. Toyun 2023-cü il martın 12-də olacağı məlum olub.

    Mərasimə beş gün qalmış, martın 7-də “Xına gecəsi” baş tutub. Şahzadə İman anası Kraliça Ranianın 1993-cü ildə atası Kral II Abdullahla toyunda geyindiyi kəmərli ağ paltarda tədbirə çıxıb.

    Toy öncəsi məclisdə kral II Abdullah Ayın anası, onun bacıları şahzadə Aişə bint Hüseyn və şahzadə Zein bint Hüseyn də iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR