Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb — 111 nəfər həlak olub + YENİLƏNİB + VİDEO
Havananın Xose Marti beynəlxalq hava limanı yaxınlığında “Boeing 737” sərnişin təyyarəsinin yerə çırpılması nəticəsində ən azı 111 nəfər həlak olub.
"Ölkə.Az" xarici mediaya stinadən xəbər verir ki, bu barədə Kuba dövlət xəbər agentliyi məlumat yayıb.
Xilasedicilər qəza yerindən ancaq üç nəfəri sağ çıxarıb. Onlardan biri xəstəxanada keçinib. Digər iki zərərçəkənin vəziyyətləri ağırdır.
Təyyarə havaya qalxmazdan çox keçməmiş aeroport yaxınlığındakı açıq sahədə yerə çırpılıb. “Radio Havana Cuba” isə təyyarənin Boyeros - Havana avtomagistralına düşdüyünü bildirib.
Qeyd edək ki, “Cubana de Aviacion” dövlət hava yollarına aid təyyarənin göyərtəsində 104 sərnişin və doqquz ekipaj üzvü olub.
***
Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.
"Ölkə.Az" "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.
Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.