Türkiyənin şimal-qərbində meşə yanğınlarının davam etdiyi Çanaqqala vilayətinə gedən əsas magistral yol nəqliyyata, Çanaqqala boğazı isə hər iki tərəfdən nəqliyyata bağlanıb.
Səlahiyyətlilər bölgənin 1 251 sakinini təxliyə edib.
"Çanaqqala vilayətində baş verən böyük meşə yanğını 11 saatdır davam edir, səlahiyyətlilər ən pis ssenariyə hazırlaşır. Yanğının söndürülməsi işlərinə 8 təyyarə, 26 helikopter, 180-ə yaxın yerüstü texnika cəlb olunub.Son məlumata görə, 9 rayondan 1 251 nəfər təxliyə edilib", - deyə KİV-lərin birində qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.