NATO-nun Ukrayna strategiyası iflasa uğradı.
Bunu İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte deyib.
“NATO-da indiyədək Ukraynaya daimi hərbi təchizat və eskalasiya məntiqinə əsaslanan strategiya Rusiyanın istənilən hərbi məğlubiyyətinə səbəb olmayıb”, - Konte bildirib.
Onun sözlərinə görə, rus ordusunun məğlubiyyəti və hərbi hissələrinin darmadağın edilməsi olmadı. Üstəlik, Ukraynanın əks-hücum cəhdi zamanı da Rusiya geri çəkilmədi:
“Bundan başqa, Rusiya əleyhinə sanksiyalar ölkənin müflisləşməsinə səbəb olmadı və iqtisadiyyatını sarsıtmadı. Qərb də Rusiyanı təcrid edə bilmədi, bunu yenicə yekunlaşan BRİKS sammiti sübut etdi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.