Qazaxıstan 80 ilin ən güclü daşqınları ilə üzləşib.
Azadmedia.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu səbəbdən ölkənin 10 vilayətində fövqəladə vəziyyət elan edilib.
Belə ki, Prezident Kasım-Jomart Tokayev xalqa müraciətində bu hadisənin ölkə tarixinin ən böyük fəlakəti adlandırıb.
O bildirib ki, Kulsarı şəhərində 12 min sakin təhlükəsiz əraziyə köçürülüb.
Həmçinin K. Tokayevin sözlərinə görə, yaxın saatlarda zərər çəkən ərazilərə Fövqəladə Hallar Nazirliyinin əlavə canlı qüvvəsi ilə yanaşı xüsusi texnika da cəlb olunacaq.
O həmçinin, təbiət hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə lazımi məbləğdə vəsait ayrılacağını deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.