2024-cü ildə Ukrayna 2 milyona yaxın dron istehsal edə biləcək.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye nazirinin müavini Anna Qvozdyar bildirib.
Belə ki, ümumilikdə bu sektorda 200-ə yaxın Ukrayna şirkəti iştirak edir, onlardan 60-a yaxını artıq dövlət müqaviləsinə daxil edilib.
Həmçinin "Prezidentin Ukraynada bir milyon pilotsuz uçuş aparatı istehsalının mümkünlüyü ilə bağlı dediyi söz hamını heyrətə gətirib və çoxları nədənsə buna inanmayıb. Sizi əmin edə bilərəm ki, Ukrayna istehsal baxımından artıq milyon həddini xeyli keçib. Mən əminəm ki, bu il hətta 2 milyon həddinə çatacağıq", - deyə Qvozdiar qeyd edib.
Bundan başqa Nazir müavini deyib ki, bunlar müxtəlif tipli dronlar olacaq. Belə ki, Ukrayna süni intellekt texnologiyalarından istifadə edərək yeni tip pilotsuz uçuş aparatları üzərində işləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.