AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın İsraillə bağlı şərti var

  • + A
  • - A
  • 11-04-2024, 22:31

    İranın İsraillə bağlı şərti var

    BMT Təhlükəsizlik Şurası İsrailin hücumunu pisləsə, İran Suriyadakı konsulluğa hücuma görə İsrail hakimiyyətinə cavab verməkdən imtina edə bilər.

    Bu barədə İslam Respublikasının dünya təşkilatı yanında daimi nümayəndəliyindən bildirilib.

    “Əgər BMT Təhlükəsizlik Şurası sionist rejimin Dəməşqdəki diplomatik obyektlərimizə qarşı təcavüz aktını pisləsə və bundan sonra məsul şəxsləri məsuliyyətə cəlb etsə, İranın bu yaramaz rejimi cəzalandırması zərurətindən qaçınmaq olar”, - missiyanın bəyanatında deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR