Rəsmi İrəvan Böyük Britaniyanın “The Times” nəşrinin qanunsuz miqrantların Ermənistana göndərilməsi ilə bağlı xəbəri cavablandırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Belə ki, Ermənistan və Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, lakin konkret bir nəşrdə (“The Times”) qaldırılan məsələ ilə bağlı heç bir əsaslı və texniki danışıqlar aparılmayıb.
Qeyd edək ki, “The Times” daha əvvəl bildirib ki, Böyük Britaniya krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. Həmin ölkələr arasında Ermənistanın da adı çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.