AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Müdafiə Nazirliyi Stavropol diyarında Tu-22M3 təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb

  • + A
  • - A
  • 19-04-2024, 10:35

    Rusiya Müdafiə Nazirliyi Stavropol diyarında Tu-22M3 təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb

    Rusiya Aerokosmik Qüvvələrinə (VKS) məxsus Tu-22M3 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən Stavropol diyarında qəzaya uğrayıb. TASS xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi jurnalistlərə bildirib ki, pilotlar atılıb.

    “Stavropol diyarında döyüş tapşırığını yerinə yetirdikdən sonra vətən aerodromuna qayıdarkən Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi qəzaya uğrayıb”, - deyə məlumatda bildirilir. Qeyd olunur ki, 3 ekipaj üzvü təxliyyə edilib və onlar hazırda dördüncü pilotu axtarırlar.

    Müdafiə Nazirliyi Tu-22M3-ün göyərtəsində hər hansı sursatın olmadığını və yerdə heç bir dağıntı olmadığını vurğulayıb. “İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub”, - deyə onlar əlavə ediblər.

    Regionun qubernatoru Vladimir Vladimirov iki pilotun xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Onun sözlərinə görə, daha bir nəfər təxliyə edilib və onlar dördüncü pilotu axtarırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR