İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sanksiya tətbiq edilməlidir.
Azadmedia.az xəbər verir ki, bu sözləri Avropa Birliyi diplomatik xidmətinin rəhbəri Jozep Borrell deyib.
Belə ki, “Bütün dünyanın Qəzzada atəşkəsə nail olmağa çalışdığı vaxtda Ben-Qvir mülki əhaliyə suyun və enerjinin kəsilməsinə çağırış edir. Bu çağırış hərbi cinayətdir. Sanksiyalar AB-nin gündəliyində olmalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, bu, AB institutunun nümayəndəsinin İsrail rəhbərliyinə qarşı ilk sanksiya çağırışıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.